15-21 Dekabr Milli Kitab Sərgisinin “Qoca Kloun Tələb Olunur” ilə bitən sonluğu.
Zövq aldığım nəyəsə doğru can atanda, ağrılarımı unuduram.
Azərbaycan nəşriyyatlarının birgə təşkil etdikləri 15-21 Dekabr Milli Kitab sərgisinə yollananlar arasında mən də var idim.
Sərgiyə axşama doğru qatıla bildiyim üçün çox da böyük olmayan izdihamın şahidi oldum və hər halda bu məni sevindirdi. Hətta vəziyyət elə idi ki, bir insanla dayanıb söhbət edə bilmirdik çünki, o tərəf bu tərəfə o qədər insan gəlib keçirdi ki, tez tez səmti dəyişmək məcburiyyətində qalırdıq.
Təbii ki, sərgi kitab satışı üzərində qurulsa da, suvinir və digər əl əməyi ilə hazırlanmış oyuncaqları və s də piştaxtaların üzərində görmək olardı. Maraqlı burası idi ki, bu əşyaları hazırlayıb satanların bəziləri fiziki məhdudiyyətli insanlar idilər. Sərgidə bu tipli insanlara da yer ayrılması məni ziyadəsindən artıq sevindirirdi. Düzü satdıqları əşyalar da pis deyildi. Mənim kimi kövrək qəlbi insanlar yəqin ki, sonuncu 20 manatını da məhz bu cür insanların maraqlı əl işlərinə xərcləyib evə avtobusla qayıtmaq məcburiyyətində qalırdılar. Gördüyüm işdən elə zövq alırdım ki, hətta ayağımı sıxan dikdaban ayaqqabımın verdiyi ağrıları da unudurdum. Elə bilirdim bunu məndən başqa heç kim hiss etməyib, amma sən demə əksinə imiş.
əməkdar artist, aktirisa Gülzar Qurbanova dözməyib mənə bildirdi ki, gələn dəfə belə yerlərə gələndə mənim kimi rahat ayaqqabıdan istifadə et ki, narahat olmayasan, sonra ayaqların ağrımasın. Düşünmədən dedim ki , Gülzar xanım, mən həmişə beləyəm də, zövq aldığım nəyəsə doğru can atanda, ağrılarımı unuduram.
Sərginin və mənim ora getməyimin əsas predmeti olan kitablara gəlincə onu deyim ki, həmişə kitab dükanlarında əlinə alıb içindəki maraqdan dolayı vərəqləyib, satıcının başının üstünü kəsdirib üzünə diqqətlə baxdığını görəndən sonra isə cibinə uyğun olmadığını hiss edib üzülərək kənara qoyduğun kitabları sərgidə asanlıqla ala bilərdin. Yəni sərgidə demək olar ki, sənə dəyib dolaşan heç kim olmurdu. istəyirsən al, istəmirsənsə də istədiyin qədər vərəqlə.
Ziqfrid Lensin “Məhəbbət Yuvası”adlı hekayələr toplusu... Özüdə Vilayət Hacıyevin tərcüməsində. Qanunun endirimli səbətində sizcə neçiyə ola bilərdi?
5, 3 yox , 2də yox cəmi 1 manata.
Satıcı oğlanın səsi ilə eyforiyadan ayıldım. “Xanım , artıq neçə dəfə təkrarladım ki bu səbətdəki kitabların hamısı bir manatdır.”
Səbətdən o qədər kitab yığdım ki, ikisini də hədiyyə etdilər.
Yazıçı şərif Ağayarın “Arzulardan Sonrakı şəhər” romanı da uzun müddətdir ki, almaq istədiyim kitablar arasında idi. Fürsəti qaçırmayaraq, endirimdən yararlanıb bu kitabı da əldə etdim. Sosial şəbəkədəki paylaşımlardan bilirdim ki, müəllif özü də oradadır. Satıcıdan soruşan kimi dedi bir dəqiqəyə çağırarıq gəlib imza atar. O bir dəqiqə , bu bir dəqiqə, müəllif düz 20 dəqiqə sonra mənə yaxınlaşdı. Təzəcə müzakirəyə başlamışdıq ki, aparıcı-yazar Vüsalə Məmmədova yanında durduğumuz piştaxtaya yaxınlaşdı. Onu da saxlayıb söhbətimizə ortaq etdik və az keçməmiş aktisa Gülzar Qurbanova və kinoşünas Vasif Ayan da müzakirəmizə qoşuldu. Və söhbət qızışdı.
ətrafdan da bizə qoşulmağa çalışanlar olurdu. Bir neçə dəfə kənardan dedilər ki, yolu kəsməyin ki, insanlar yaxşı hərəkət etsin. ədəbiyyatımızdan tutmuş, kinomuza kimi maraqlı müzakirələr apardıq.
“Ölsəm bağışla” , “Tütək Səsi” rejissor -ssenaristin işi və o illərdən kifayət qədər fərqli olan bu günkü sənət camiyəmiz. Xülasə, axır özümü saxlaya bilməyib dedim ki, Rasim Ocaqov şedevr idi. Həm rejissorluğu bilirdi, həm operatorluğu, həm də güclü bədii əsər seçməyi.
əl Oyunları Sarayının işıqları söndürüldükdən sonra elan olundu ki, bu günkü sərgi başa çatdı.
Vasif Ayan : Nə əcəb bu gün Yuğdakı tamaşaya getmirsən?
Mən: Adı nədir?
Vasif: “Qoca Kloun Tələb Olunur.”
Mən: Aaa Mikayıl Mikayılov məni “Kloun Z” tamaşasına dəvət etmişdi . Tamam unudmuşdum.
Kiçik bir səhnənin ortasında klounluq edən üç xanım. Biri aktrisa Zümrüd idi, amma o biri ikisini tanımadım.
Oturmağa da yer yoxdur. Yorğun ayaqlarımın üstündə tamaşanı sona kimi izlədim. Bir nəfər də, qalxıb yer vermədi. Qabağımda oturmuş oğlanın arxaya doğru uzanmış ayağını bir neçə dəfə tapdaladım ki, bəlkə məni ayaq üstə görüb yer verər. Amma hər tapdalayanda arxaya çevirilib qəribə baxışlarla üzümə baxırdı. Bir sözlə o çevirilməkdən yorulmadı, mən də tapdlamaqdan.
Qəfil sağa çeviriləndə gördüm ki, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov da ayaq üstə tamaşanı seyr edir. Hərdər yorulub divara söykənsə də tez özünü düzəldib tamaşanı izləyir. əgər tamaşanı min bir zəhmətlə ərsəyə gətirən rejissor ayaq üstdə, oturmağa yer tapmadan onu izləyirsə, mənim gileylənməyim əbəsdir.
Eybi yox, avtobusda ayaqlarımı uzadıb yorğunluğumu çıxararam. P. S Bilirəm qadınlar yer verən deyil, əgər qarşı cinsdən ayağa qalxıb yer verən olsa...
Leyla şah
|
|
|
|
|
|